Bazar operatorlarının verdiyi məlumata görə, Türkiyənin dövlət ərzaq satınalma qurumu TMO FOB əsasında 150 min ton bərk buğdanın idxalı üçün tender elan edib.
Fins.az xəbər verir ki, tenderin şərtlərinə görə, taxıl idxalçıya cari il fevralın 19-dan martın 15-dək olan müddətdə təhvil verilməlidir. Mersin, Mersin Taşuku və İskəndərun limanlarına.
Tenderin bağlanması fevralın 1-nə təyin edilib.
Günel Məlikzadə
Fins.az