2023-cü ilin 12 ayı ərzində Qazaxıstanda 3,05 milyon ton buğda və buğda-çovdar unu istehsal edilib.
Fins.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, 2022-ci ilin göstəricisindən (3,08 milyon ton) bir qədər aşağıdır.
O cümlədən, 2023-cü ilin dekabr ayında Qazaxıstan Respublikasında un istehsalının həcmi 259,65 min ton (2022-ci ilin eyni dövründəki 299,88 min tona qarşı) təşkil edib.
Kostanay vilayəti ənənəvi olaraq 2023-cü ildə (1,18 milyon ton) un istehsalında lider olaraq qalır. Qeyd edək ki, 2022-ci ildə rayonda bir qədər az - 1,16 milyon ton un istehsal edilib.
Günel Məlikzadə
Fins.az