IKT

25 Yanvar

Qazaxıstan Aİ-yə bərk buğda ixracat edənlər siyahısında 4-cü yerdədir

Cari mövsümdə Qazaxıstan təkcə Aİ neft bazarında deyil, həm də taxıl seqmentində öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. 2023/24 MY (iyul-noyabr) 5 ayı ərzində Qazaxıstan bu regiona bərk buğda tədarükçüləri siyahısında 4-cü yerdədir. Müqayisə üçün: ötən mövsüm bu dövrdə Qazaxıstan 7-ci yerdə idi.

Bu barədə Fins.az Avropa Komissiyasının məlumatlarına istinadən xəbər verir.

Belə ki, 2023/24 MY iyul-noyabr aylarında Qazaxıstan Aİ-yə 169,65 min ton bərk buğda ixrac edib. Bu, ötən mövsümün eyni dövrü ilə müqayisədə (17,32 min ton) təxminən 10 dəfə çoxdur.

Avropa Komissiyasının məlumatına görə, Qazaxıstan bərk buğdasının əsas həcmi İtaliyaya ixrac edilib (128,43 min ton). Latviya 20 min ton, Portuqaliya - təxminən 9 min ton, İspaniya - 6,39 min ton, Belçika - 4,11 min ton, Polşa - 1,67 min ton alıb. Maraqlıdır ki, bu il Polşa bazarında Qazaxıstan Ukraynanı xeyli qabaqlayıb (keçən mövsüm isə vəziyyət əksinə idi).

Qeyd edək ki, cari mövsümün ilk 5 ayının nəticələrinə görə Aİ-yə bərk buğda (və un) tədarükçülərinin TOP-3-ə Türkiyə, Rusiya Federasiyası və Kanada daxildir.

Günel Məlikzadə
Fins.az