Özbəkistan prezidentinin Çinə səfəri zamanı bir sıra ikitərəfli sazişlər imzalanıb. O cümlədən, Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi arasında Özbəkistandan Çinə noxudun ixracı zamanı fitosanitar tələblərə və nəzarətə dair Protokol imzalanıb.
Fins.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Çin dünyanın ən böyük noxud idxalçılarından biridir.
Rusiya Federasiyasının Prezidenti Şavkat Mirziyoyev ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçirilən danışıqlarda ölkələr arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının dinamik şəkildə inkişaf etdiyi vurğulanıb.
2023-cü ilin yekunlarına görə, ikitərəfli ticarət dövriyyəsi 14 milyard dollara çatıb.
Günel Məlikzadə
Fins.az