IKT

24 Yanvar

Ukrayna 22 milyon ton taxıl ixrac edib

Dövlət Gömrük Xidmətinin məlumatına görə, 24 yanvar 2023/24-cü il tarixində Ukrayna 22,147 milyon ton taxıl və paxlalı bitkilər ixrac edib ki, bunun da 3,682 milyon tonu cari ayda göndərilib.

Fins.az xəbər verir ki, bu baradə Ukrayna Aqrar Siyasət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda qeyd edilir ki, 2023-cü il yanvarın 25-nə ümumi yükdaşımalar 25,741 milyon ton, o cümlədən yanvarda 2,996 milyon ton təşkil edib.

Məhsul baxımından cari mövsümün əvvəlindən aşağıdakılar ixrac edilib:

- buğda – 8,72 milyon ton (2022/23 MY-da 9,281 milyon ton);

- arpa – 1,273 milyon ton (1,788 milyon ton);

- çovdar – 1 min ton (12,5 min ton);

- qarğıdalı – 12,003 milyon ton (14,571 milyon ton).

Yanvarın 24-nə Ukrayna ununun ümumi ixracı da əvvəlki illərlə müqayisədə aşağıdır və 64 min ton (2022/23 MY-da 79,2 min ton), o cümlədən buğda unu 60,9 min ton (75,4 min ton) səviyyəsində qiymətləndirilir.

Günel Məlikzadə
Fins.az