Kanada Taxıl Komissiyasının məlumatına görə, yanvarın 14-nə Kanada 2023/24 MR-nin əvvəlindən bəri xarici bazarlara 11,2 milyon ton buğda tədarük edib ki, bu da əvvəlki mövsümün müvafiq nəticəsindən cəmi 1% azdır.
Fins.az xəbər verir ki, qeyd olunan dövrdə ölkədən yumşaq buğdanın ixracı 9,4 milyon ton, bərk buğdanın ixracı 1,4 milyon ton (-38%), digər sortlardan olan taxılın ixracı 0,39 milyon ton (+8%) təşkil edir.
Cari mövsümün əvvəlindən Kanada arpasının ixracı 0,9 milyon ton (-44%), qarğıdalı 0,5 milyon ton (-9%), yulaf ixracı 0,8 milyon ton (+14%) səviyyəsində qiymətləndirilir.
Yağlı toxumların daşınmasına gəlincə, cari mövsümdə Kanada kolza ixracını 32% (2,7 milyon tona qədər), soya ixracını isə 1% (2,8 milyon tona qədər) azaldıb.
Günel Məlikzadə
Fins.az