IKT

23 Yanvar

AGROTRADE Qrupu təxminən 350 min ton taxıl ixrac edib

2023-cü ilin yekunlarına görə, AGROTRADE Qrupu təxminən 346 min ton taxıl məhsulu ixrac edib ki, bunun da 35 faizi (116 min ton) şirkətin öz kənd təsərrüfatı məhsulları, 65 faizi (230 min ton) üçüncü tərəf istehsalçılarının payına düşüb. Bu barədə yanvarın 23-də şirkətin mətbuat xidmətindən məlumat verilib.

Fins.az xəbər verir ki, daşımaların strukturuna gəlincə, Ukraynanın dərin su limanlarından 214 min ton, Dunay vasitəsilə 108 min ton, quru nəqliyyatı ilə 24 min ton taxıl daşınıb.

“Keçən il qeyri-sabitlik və yüksək qiymətlər səbəbindən logistika daimi problem olsa da, biz müxtəlif nöqtələrdən ticarət etməyə imkan verən marşrutlar qura bildik – Qara dəniz limanları əlçatmaz olanda biz Dunay vasitəsilə ixraca başladıq. Və yeni “taxıl dəhlizi”nin açılması işi xeyli asanlaşdırdı. Biz ölkədə ilklərdən biri kimi ondan istifadə etməyə başladıq”, - AGROTRADE Qrupunun xarici iqtisadi fəaliyyət departamentinin direktoru Andriy But bildirib.

Ümumilikdə, onun sözlərinə görə, ötən il şirkət “2.0 taxıl dəhlizi” ilə 66 min ton məhsul daşıyan 4 gəmi göndərib.

Günel Məlikzadə
Fins.az