Ukrayna Polşaya ikitərəfli ticarətdə kənd təsərrüfatı məhsullarının ixracının yoxlanılması mexanizmini tətbiq etməyi təklif edib. Ukraynanın baş naziri Denis Şmıxal bu barədə yanvarın 22-də Kiyevdə polşalı həmkarı Donald Tusk ilə görüşü zamanı bildirib, CMU Katibliyinin kommunikasiyalar şöbəsi xəbər verir.
Fins.az xəbər verir ki, görüş zamanı hökumət başçıları, xüsusilə, ümumi sərhəddən yüklərin maneəsiz keçirilməsi məsələsini müzakirə ediblər.
“Biz hesab edirik ki, bu gün məsələ öz həllini tapıb, sərhəd açılıb və birgə iş öz nəticəsini verir. Ukrayna Avropa Komissiyasının qərarına uyğun olaraq kənd təsərrüfatı məhsullarının ixracının yoxlanılması mexanizmini təklif edib. Bu mexanizm artıq Rumıniya və Bolqarıstanla səmərəli işləyir və biz ondan qarşılıqlı faydalı əlaqələrimizdə istifadə etməyi təklif edirik”, - D.Şmıxal bildirib.
Günel Məlikzadə
Fins.az