IKT

22 Yanvar

Misir 5 milyon tondan çox buğda idxal etməyi planlaşdırır

Misirin Təchizat və Daxili Ticarət Nazirliyi 2024-cü ildə Malların Təchizat Baş İdarəsinin (GASC) beynəlxalq tenderləri vasitəsilə 5 milyon tondan çox buğda almağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu baradə Egypt Independent yazıb.

Misirin təchizat və daxili ticarət nazirinin müşaviri Nomani Nasr Nomaninin qeyd etdiyi kimi, ölkədə buğdanın ümumi daxili istehlakı (dövlət və özəl sektorda) ildə 20 milyon tondan artıqdır. Eyni zamanda, buğdanın ümumi daxili istehsalı ildə 9 milyon tondan bir qədər çox, dövlət və özəl sektorun idxalı isə 11 milyon ton təşkil edir. Eyni zamanda, N.Nomani əlavə edib ki, hazırda özəl sektorun buğda idxalı dövlət idxalının 45%-nə qarşı müvafiq olaraq təxminən 10%, 55%-ə qədər artıb.

Ötən il GASC tenderləri ilə buğda idxalının ümumi həcmi 4,5 milyon tona yaxın olub. O cümlədən, Rusiyadan 2,93 milyon tona yaxın, Rumıniyadan 780 min ton, Fransadan 360 min ton, Bolqarıstandan 270 min ton, Ukraynadan 120 min ton idxal edilib.

Günel Məlikzadə
Fins.az