IKT

22 Yanvar

Çin Braziliyadan soya idxalını təxminən 30% artırıb

Çin Xalq Respublikası gömrük orqanlarının rəsmi məlumatlarına görə, 2023-cü ildə Çinin Braziliyadan soya idxalı il ərzində 29% artıb.

Fins.az xəbər verir ki, ötən il Braziliyadan Çinə neft tədarükünün ümumi həcmi 69,95 milyon ton olub. Belə ki, ötən il ABŞ-dan ölkəyə soya idxalı 13% azalaraq 24,17 milyon tona düşüb. Ümumilikdə, Çin tərəfindən soyanın ümumi idxalı 99,41 milyon tona yüksəlib. 

Ötən il Çinə yağlı toxumların ümumi idxalında Braziliya soyasının payı 70%-ə yüksəlib, Amerika soyası isə 24%-ə qədər azalıb.

Qeyd edildiyi kimi, dekabrda Braziliyadan soya daxilolmaları il ərzində 94% artaraq 4,98 milyon ton, ABŞ-dan tədarük isə 31% azalaraq 3,85 milyon ton təşkil edib.

Bundan əlavə, Reuters sorğularına görə, bu ilin birinci rübündə ÇXR-ə soya idxalı proqnozlaşdırılır. ölkədə donuzların sayının rekord dərəcədə azalmasından sonra ildə təxminən 20% azalaraq 18,5 milyon tona düşə bilər.

Günel Məlikzadə
Fins.az