Bu il Özbəkistan ümumi daxili məhsulun həcmini ən azı 6% artıraraq 100 milyard dollara çatdırmağı planlaşdırır.
Fins.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkatın sədrliyi ilə 2024-cü ildə makroiqtisadi sabitliyin və iqtisadi inkişafın təmin edilməsi üzrə prioritet vəzifələrə həsr olunmuş iclasda bildirilib.
Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, 2023-cü ildə Özbəkistanda ÜDM-in artımı 6% təşkil edib. O cümlədən, kənd təsərrüfatında 4,1% artım qeydə alınıb.
Planlaşdırılan ÜDM göstəricilərinə nail olmaq üçün bir sıra problemləri həll etmək lazımdır. Məsələn, bu gün sənaye istehsalının artması ilə məhsulların əlavə dəyəri 40%-i keçmir. Qeyd olunur ki, bu, əsasən idxaldan asılılıq, yüksək enerji istehlakı və həddindən artıq xərclərlə bağlıdır.
Günel Məlikzadə
Fins.az