IKT

18 Yanvar

Ukraynanın kənd təsərrüfatı məhsullarının su nəqliyyatı ilə ixracı sürəti getdikcə artır

Yanvarda Ukraynanın kənd təsərrüfatı məhsullarının su nəqliyyatı ilə ixracı sürəti getdikcə sürətlənir və artır - yanvarın 15-nə daşınmaların həcmi 2,3 milyon tona çatıb. Bunu “Spike Brokers” şirkətinin ekspertləri öz Telegram kanallarında qeyd ediblər.

Fins.az xəbər verir ki, onların hesablamalarına görə, yanvarın birinci yarısında Dunay limanları ilə 477 min ton, Böyük Odessa limanları ilə isə 1,7 milyon ton yük daşınıb.

“Göstərilən tarixdə Çinə yükdaşımalar üçün yük tarifləri təxminən 5 dollar azalıb. Eyni zamanda, “əlverişli” və “sahil gəmisi” sinifli gəmilər üzrə təkliflər ötən həftə ilə müqayisədə stabil səviyyədə qalır”, - ekspertlər əlavə ediblər.
Yanvarın 15-nə İzmail limanından su nəqliyyatı ilə daşımaların bazar tarifləri aşağıdakı kimi olub:

Konstansa, Rumıniya – 22-28 avro (1-3 min ton).
Chornomorsk limanından daşınma zamanı göstərilən tariflər aşağıdakılardır:

  • İtaliya (şərq sahili) – 37-38 dollar (30-35 min ton);

  • İtaliya (qərb sahili) – 38-39 dollar (30-35 min ton);

  • İspaniya (Aralıq dənizi) - 39-42 dollar (30-35 min ton);

  • Portuqaliya – 39-42 dollar (30-35 min ton);

  • Çin - 57-63 dollar (60-65 min ton).

Günel Məlikzadə
Fins.az