Günəbaxan toxumlarının ixracı üzrə mövcud rüsumun tətbiqinə baxmayaraq (20%, lakin ton üçün 100 avrodan az olmayaraq), yağlı toxumlar Qazaxıstandan kifayət qədər fəal şəkildə ixrac olunur.
Fins.az Milli Yağlı Toxum Emalçıları Assosiasiyasından (NAPOC) verilən məlumata görə, cari 2023/24-cü maliyyə ilinin əvvəlindən Qazaxıstandan ayda orta hesabla 20 min tona yaxın günəbaxan tumu və ləpəsi ixrac olunur.
Rəsmi statistikaya görə, 2023-cü ilin noyabr ayında Qazaxıstandan 26 min tona yaxın günəbaxan toxumu ixrac edilib ki, bu da rüsumun tətbiq olunduğu 2023-cü ilin fevralından bəri ən yüksək göstəricidir.
Günel Məlikzadə
Fins.az