IKT

17 Yanvar

Heyvandarlıq və bitkiçilik məhsulları üzrə istehsal artıb

2023-cü il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12210,6 milyon manat təşkil edib ki, bunun da 6276,7 milyon manatı heyvandarlıq, 5933,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, kənd təsərrüfatının ümumi məhsulunun strukturu 2022-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 2,7 faiz artıb.

Fuad Mədətov
Fins.az