IKT

16 Yanvar

Qazaxıstanda 8 milyard tengelik yeni süd ferması

Qazaxıstanın Pavlodar vilayətində “Andas Aqro” MMC-nin 1500 başlıq böyük südçülük ferması tikilir. Layihənin dəyəri 8 milyard tengedir.

Fins.az “Atameken” AES-in mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, gələcəkdə təsərrüfat 2000 baş iribuynuzlu mal-qaraya qədər genişləndirilə bilər.

“Maliyyələşdirmə Aqrar Kredit Korporasiyası SC tərəfindən həyata keçirilib. Vəsaitlərin 50 faizi özümüzə məxsusdur. Artıq işlərin 90 faizini yerinə yetirmişik və yem hazırlamışıq. Mart ayında biz Avropadan inək tədarük etməyi planlaşdırırıq, artıq müqavilələr var - "AKK" ASC onları nəzərdən keçirir. Fevralın sonunda gedib mal-qara seçməliyik, inəklər gətirildikdən sonra ferma artıq işə düşməlidir”, - “Andas Aqro” MMC-nin nümayəndəsi Zeynulla Salmenbayev bildirib.

Günel Məlikzadə
Fins.az