2023/24 FY-nin ilk üç ayında Əfqanıstan Qazaxıstan buğdasının idxalını əhəmiyyətli dərəcədə azaldıb.
Bu barədə Fins.az rəsmi statistikaya istinadən xəbər verir.
Belə ki, 2023-cü ilin sentyabr-noyabr aylarında Qazaxıstan Əfqanıstana cəmi 88,15 min ton taxıl ixrac edib. Bu, ötən mövsümün analoji dövrünün göstəricisindən (295,2 min ton) 3,3 dəfə azdır.
O cümlədən, noyabr ayı daşımaları 2022-ci ildəki 119 min tondan 2023-cü ildə 39,54 min tona qədər azalıb.
Əfqanıstan Qazaxıstan buğdasının əsas idxalçıları reytinqində üçüncü yeri tutur, yalnız Özbəkistan və Tacikistandan sonra ikincidir.
Günel Məlikzadə
Fins.az