IKT

15 Yanvar

Rusiyanın taxıl ixracı 5 milyon tonu ötüb

2023-cü ilin dekabrında Rusiya Federasiyasından xarici bazarlara taxıl tədarükü 5,1 mln. ton təşkil edib. 3,94 milyon ton buğda. Beləliklə, ixrac noyabrda baş verən azalmadan sonra bərpa olunur.

Fins.az "Rusaqrotrans" SC-nin analitik mərkəzinin məlumatlarına istinadən xəbər verir.

“Dekabrın üçüncü ongünlüyündə ixrac templərinin artması ilə əlaqədar faktiki daşınmalar proqnozu (3,65 milyon ton) üstələdi. Nəticədə, ixrac noyabr göstəricisini 13% (3,48 mln. ton) üstələyib. Rusagrotrans-ın məlumatına görə, dekabrda Novorossiysk və Tuapse dəniz terminalları daşımaları 1,5 dəfə artıraraq 1,4 milyon tondan 2,1 milyon tona çatdırıb. Qazaxıstana tədarük də artıb – 200 min tondan 290 min tonadək”, - analitiklər qeyd edirlər.
Mərkəzin məlumatına görə, dekabrda ixrac edilən 5,1 milyon ton taxılın 2,44 milyon tonu dəmir yolu ilə daşınıb. Bu, 2023-cü ilin oktyabrında qeydə alınan 2,36 milyon ton rekorddan çoxdur.

“Beləliklə, dəmir yolu daşımalarının payı 48% təşkil edib ki, bu da dekabrda son beş ilin orta göstəricisindən (36%) xeyli yüksəkdir”, - ekspertlər qeyd ediblər.

Onların ilkin hesablamalarına görə, 2024-cü ilin yanvarında Rusiyanın buğda ixracı 2023-cü ilin yanvarındakı 4,3 milyon tona qarşı 3,8-4 milyon tona çata bilər.

Günel Məlikzadə
Fins.az