2023-cü ildə Tacikistanda taxıl yığımı 1,754 milyon ton təşkil edib. Bu, hökumətin 29 iyul 2022-ci il tarixli 370 nömrəli "Tacikistan Respublikasının 2023-2025-ci illər üçün əsas makroiqtisadi göstəricilərinin perspektivləri haqqında" qərarında müəyyən edilmiş proqnozdan (1,67 milyon ton) 5% çoxdur.
Fins.az xəbər verir ki, bu barədə Tacikistanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Eyni zamanda, respublikada pambıq istehsalı xeyli azalıb - bu məhsulun 344 min tonu (proqnozun 85 faizi) yığılıb.
Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2023-cü ildə taxıl əkini sahəsi 392 min hektardan çox təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1,8 min hektar çoxdur.
Günel Məlikzadə
Fins.az