Dövlət Gömrük Xidmətinin məlumatına görə, 2023/24 MY-nin əvvəlindən yanvarın 5-nə Ukrayna 18,999 milyon ton taxıl və paxlalı məhsul ixrac edib ki, bunun da 607 min tonu cari ayın əvvəlindən daşınıb.
Fins.az xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mövsümi ixracın göstərilən göstəricisi hələ də ötən illə müqayisədə aşağıdır. Yanvarın 6-na 23,432 milyon ton, bunun da 686 min tonu yanvarda daşınıb.
Məhsul baxımından cari mövsümün əvvəlindən aşağıdakılar ixrac edilib:
- buğda – 7,781 milyon ton (yanvarda – 185 min ton);
- arpa – 1,106 milyon ton (32 min ton);
- çovdar – 1 min ton (0);
- qarğıdalı – 9,968 milyon ton (389 min ton).
Yanvarın 5-nə Ukrayna ununun ümumi ixracı 59,8 min ton (yanvarda 1 min ton) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (70,5 min ton) azdır. Buğda unu ixracı 56,8 min ton (yanvarda 1 min ton) təşkil edib.
Günel Məlikzadə
Fins.az