IKT

06 Yanvar

Türkiyənin pomidor ixracı 42% artıb

Türkiyədən 2023-cü ildə pomidor ixracı 2022-ci ilə nisbətən  42,8% artaraq 538 milyon 724 min dollara çatıb.

Fins.az Cənub-Şərqi Anadolu İxracatçılar Birliklərinin (GAİB) məlumatlarına istinadən xəbər verir ki, 2022-ci ildə Türkiyədən 54 ölkəyə pomidor ixracından 377 milyon 198 min dollar gəlir əldə edilib.

Bu dövrdə Rumıniya, Ukrayna, Polşa, Almaniya, Bolqarıstan, Hollandiya, Böyük Britaniya, Seyşel adaları, Rusiya, Danimarka, İspaniya, Azərbaycan, İtaliya, Qətər, Qazaxıstan, Fransa, Estoniya və digər ölkələr də daxil olmaqla 52 ölkəyə 588 min 418 ton pomidor ixrac edilib.

Rumıniya Türkiyənin ən çox pomidor ixrac etdiyi ölkələr sırasında olub. Türkiyə keçən il Rumıniyaya 91 milyon 983 min dollarlıq pomidor satıb. Rumıniyanı 64 milyon 666 min dollarla Ukrayna, 56 milyon 659 min dollarla Polşa, 53 milyon 987 min dollarla Almaniya, 40 milyon 603 min dollar və 39 milyon 585 min dollarla Rusiya izlədi.

Günel Məlikzadə
Fins.az