Qazaxıstan İrana rüsumsuz 700 min tona qədər buğda tədarük edə bilər. Eyni şəraitdə Qazaxıstan Respublikası 690 min ton arpa ixrac edə bilər. 24.kz QazTrade rəhbərliyinə istinadən xəbər verir ki, bu, Aİİ ölkələri tərəfindən İranla Azad Ticarət Sazişinin imzalanması sayəsində mümkün olub.
Fins.az xəbər verir ki, “İran buğdaya 10% rüsum tətbiq edir. İndi isə 700 min ton rüsumsuz idxal edəcəyik. Bütün Aİİ ölkələri 3 milyon ton, Qazaxıstan isə 700 min ton idxal edəcək. Biz 700 min tonu keçən kimi oradan 10% rüsum başlayır. İran arpaya 5% rüsum tətbiq edir. O, 1,5 milyon ton tarif kvotası təqdim edir ki, bunun da 690 min tonu Qazaxıstanın payına düşür”, - deyə QazTrade SC-nin Ticarət Danışıqları Departamentinin direktor müavini Jomart Maxambetaliev bildirib.
Digər ölkələr üçün İran buğdaya 10%, arpaya isə 5% rüsum tətbiq edir. Hazırda Qazaxıstan Respublikası İrana 500 min tona yaxın buğda və o qədər də arpa tədarük edir.
Günel Məlikzadə
Fins.az