IKT

28 Dekabr

Rusiyada xam günəbaxan yağı və onun fraksiyalarının istehsalı 6,2 milyon ton təşkil edib

2023-cü ilin on bir ayı ərzində Rusiya Federasiyasında xam günəbaxan yağı və onun fraksiyalarının istehsalı 6,2 milyon ton təşkil edib ki, bu da illik müqayisədə 12,5% çoxdur.

Fins.az xəbər verir ki, qeyd olunan dövrdə təmizlənmiş günəbaxan yağının istehsalı da artıb, lakin daha az – 6,8%, 2,4 mln.

2023-cü ilin yanvar-noyabr aylarında digər əsas yağ növlərinin istehsalı da artım tendensiyası nümayiş etdirib: kolza yağı istehsalı 53% artaraq 1,4 milyon tona, soya yağı istehsalı isə 20% artaraq 0,9 milyon tona çatıb.

Günel Məlikzadə
Fins.az