IKT

26 Dekabr

Əsas kənd təsərrüfatı məhsullarının dünya tədarükü 2024-cü ildə məhdudlaşdırılacaq

Son illərdə yüksək ərzaq qiymətləri dünya üzrə fermerləri daha çox taxıl və yağlı bitkilər yetişdirməyə sövq edib, lakin El Nino təbii fenomeninin yaratdığı əlverişsiz hava şəraiti, ixrac məhdudiyyətləri və bioyanacaqla bağlı artan tələblər fonunda istehlakçılar 2024-cü ildə tədarükün azalması ilə üzləşə bilər. 

Fins.az Reuters-a istinadən xəbər verir ki, qlobal buğda, qarğıdalı və soya paxlasının qiymətləri, bir neçə illik güclü artımdan sonra, Qara dəniz nəqliyyatının yaxşılaşması və qlobal tənəzzül qorxusu səbəbindən 2023-cü ildə azalmağa hazırlaşır, baxmayaraq ki, onlar yeni ildə tədarük və ərzaq inflyasiyasına qarşı həssas qalacaqlar.

El Nino hava fenomeninin 2024-cü ilin birinci yarısına qədər davam edəcəyi və dünyanın aparıcı ixracatçı və idxalçılarının bəzilərinin düyü, buğda, palma yağı və digər kənd təsərrüfatı məhsullarının tədarükünü təhdid edəcəyi proqnozlaşdırılır.

Commerzbank ekspertlərinin fikrincə, 2023/24 MY-nin ikinci yarısında buğda tədarükü vəziyyəti, əsas ixracatçı ölkələrdən daha az tədarüklər səbəbindən keçən mövsümlə müqayisədə daha da pisləşəcək.

Bu arada, Cənubi Amerikada qarğıdalı, buğda və soya istehsalının 2024-cü ildə yaxşılaşacağı gözlənilir, baxmayaraq ki, Braziliyada qeyri-sabit hava buna bəzi şübhələr yaradır.

Qlobal palma yağı istehsalının gələn il El Nino səbəbiylə daha quraq hava şəraitində azalacağı ehtimalı var ki, bu da məhsulun 2023-cü ildə 10%-dən çox ucuzlaşan qiymətlərini dəstəkləyir. İstehsalın kəsilməsi biodizel istehsalına artan tələbin gözləntiləri fonunda baş verir.

Günel Məlikzadə
Fins.az