2023-cü ilin əvvəlindən Qazaxıstanın kənd təsərrüfatı sektorunda 164,5 milyard tenge dəyərində 207 investisiya layihəsinin icrasına başlanılıb.
Fins.az xəbər verir ki, Qazaxıstan Respublikası Hökumətinin mətbuat xidmətinin məlumatına görə, bu nəticə dövlətin mühüm dəstəyi sayəsində əldə edilib.
Belə ki, Kostanay vilayətində Türkiyənin “Arbel Bakliyat” şirkəti məhsuldarlığı 1000 tona qədər olan paxlalı bitkilərin tam dövrəli emalı layihəsini həyata keçirib. Birinci mərhələdə sərmayələrin həcmi 4 milyard tenge, sonradan isə 9,4 milyard tengeyə yüksələcək.
Akmola vilayətində İsveçrənin “Buhler” konserni ilə birgə dəyəri 2,5 milyard təngədən çox olan qlütensiz yulaf ləpələrinin istehsalı layihəsi həyata keçirilib. Fabrikin gücü saatda 2 ton məhsuldur.
Şərqi Qazaxıstan vilayətində 12 min tonluq taxıl anbarının tikintisi başa çatıb, layihənin dəyəri 1,2 milyard tengedir.
Şimali Qazaxıstan vilayətində regionun ən böyük ət emalı zavodu olan “Emc Agro” MMC ildə 15 min ton hazır məhsul istehsal etmək gücünə çatmışdır. Layihənin ümumi məbləği 11,5 milyard tengedir.
Ümumilikdə, 11 ayın yekunlarına əsasən, Qazaxıstanın kənd təsərrüfatına 855 milyard tenge (keçən illə müqayisədə 11 faiz çox), ərzaq məhsulları istehsalına isə 130 milyard tenge (artım 9,5 faiz) cəlb edilib.
Günel Məlikzadə
Fins.az