Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan F-16-ların alınması, Kanadadan müdafiə təchizatı və İsveçin NATO üzvlüyünün bir-birinə bağlı olduğunu ifadə edərək, “Həm Amerikanın F-16 məsələsi, həm də Kanadanın verdiyi vədləri tutması baxımından gözlədiyimiz müsbət irəliləyişlər, inanıram ki, bu, parlamentimizin məsələyə müsbət baxışını sürətləndirəcək".
Fins.az xəbər var ki, Ərdoğan Macarıstan səfərindən döndükdən sonra jurnalistlərə açıqlamasında ABŞ prezidenti Co Baydenlə görüşündə İsveçin NATO üzvlüyü və F-16 alqı-satqısı məsələlərinin gündəmə gəldiyini bildirib və deyib: “ABŞ Dövlət Katibi Antoni Blinken və Xarici İşlər Nazirimiz Hakan Fidan bu prosesi eyni vaxtda idarə etməlidirlər. Əgər biz bunu eyni vaxtda həyata keçirsək, parlamentdən daha asan keçmək imkanımız olacaq".
Ərdoğan 2024-cü ilin əvvəlində Türkiyəyə səfər edə biləcəyini bildirən Rusiya prezidenti Vladimir Putindən “Taxıl dəhlizinin işləməsi üçün əlimizdən gələni edək” deyəcəklərini bildirib.
Günel Məlikzadə
Fins.az