IKT

19 Dekabr

Rusiyadan buğda tədarükünün 4 milyon tondan aşağı qalacağı gözlənilir - PROQNOZ

"Rusaqrotrans" SC-nin analitik mərkəzinin ekspertlərinin hesablamalarına görə, dekabrda Rusiya Federasiyasından buğda ixracı 3,8-3,9 milyon ton təşkil edəcək (Aİİ ölkələrinə tədarüklər nəzərə alınmaqla).

 "Cənub limanlarında qeyri-sabit hava şəraiti və müvafiq olaraq gözlənilən yükdaşıma sürəti ilə əlaqədar proqnoz 4,5 milyon tondan aşağı salınıb ki, bu da hazırda ötən ilki göstəricidən 15% geri qalır”, - analitiklər qeyd ediblər.

Fins.az "İnterfaks"a istinadən xəbər verir ki, 2023-cü ilin dekabrında Rusiya Federasiyası 4,56 milyon ton buğda ixrac edib.

"Dekabr-yanvar aylarında tədarük üçün 12,5% protein olan Rusiya buğdasının ixrac təklifi qiymətləri artmaqda davam edib və 242-244 USD/t (FOB) təşkil edib. Bu, əvvəlki həftə ilə müqayisədə 3 ABŞ dolları/ton çoxdur", - "Rusaqrotrans" qeyd edib. 

Günel Məlikzadə
Fins.az