IKT

12 Dekabr

Argentina taxıl ixracatçılarının reyestrini müvəqqəti olaraq dayandırıb

Dünən Argentina hökuməti taxıl ixracatçılarının reyestrini müvəqqəti olaraq dayandırıb. Bu addım ölkənin yeni prezidenti Xavyer Maylinin bir sıra iqtisadi tədbirlərin həyata keçirilməsini elan edəcəyini vəd etməsindən bir gün əvvəl baş verib.

Fins.az APK-İnform-a istinadən xəbər verir ki, CIARA-CEC taxıl palatasının rəhbəri Qustavo İdiqorasın aydınlaşdırdığı kimi, reyestrin dayandırılması ilə bağlı dünən rəsmi bildiriş alınıb, o, saat 17:00-da (GMT 20:00) qüvvəyə minib və növbəti bildirişə qədər qüvvədə qalacaq".

Qeyd edək ki, əvvəllər Argentina hökuməti artıq belə bir addıma əl atmışdı, lakin iqtisadi tədbirlərin elan edilməsindən bir neçə gün sonra reyestr yenilənib.

H.Maylinin iqtisadi tədbirlərinə əhəmiyyətli fiskal dəyişikliklər və sosial xərclərin azaldılması daxil olacağı gözlənilir. Bazarlar həmçinin Argentina pesosunun mümkün devalvasiyası ilə bağlı spekulyasiyalar edir.

Günel Məlikzadə
Fins.az