IKT

10 Dekabr

Noyabrda dünya ərzaq qiymətləri dəyişməyib

Noyabrda beynəlxalq taxıl qiymətlərindəki eniş bitki yağının bahalaşması ilə balanslaşdırıldığı üçün dünya ərzaq məhsullarının qiymətləri əvvəlki ayla müqayisədə dəyişməz qalıb.

Fins.az xəbər verir ki, taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi dünya ərzaq qiymətləri indeksi noyabrda 120,4 olub.

Dünya ərzaq qiymətləri indeksi keçən ilin noyabr ayında görülən səviyyədən 10,7% aşağı olub.

Günel Məlikzadə
Fins.az