IKT

06 Dekabr

Ukraynanın taxıl ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon ton az olub

2023/24-cü il dekabrın 6-na Ukrayna 13,723 milyon ton taxıl və paxlalı bitkilər ixrac edib ki, bunun da 626 min tonu cari ayda göndərilib.

Fins.az xəbər verir ki, bu barədə Ukrayna Aqrar Siyasət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda, 9 dekabr 2022-ci il tarixinə ümumi yükdaşıma 18,974 milyon tona, o cümlədən dekabrda 1,092 milyon tona çatıb.

Məhsul baxımından cari mövsümün əvvəlindən aşağıdakılar ixrac edilib:

- buğda – 6,057 milyon ton (2022/23 MY-da – 7,162 milyon ton);

- arpa – 889 min ton (1,503 milyon ton);

- çovdar – 0,9 min ton (12,2 min ton);

- qarğıdalı – 6,642 milyon ton (0,322 milyon ton).

Dekabrın 6-na Ukrayna ununun ümumi ixracı da ötən ildən aşağıdır və 51,1 min ton (2022/23 MY-da 59,8 min ton), o cümlədən 48,8 min ton buğda unu (56,6 min ton) səviyyəsində qiymətləndirilir.

Günel Məlikzadə
Fins.az