Dekabrın 1-dən Bolqarıstan Ukraynadan dörd kənd məhsulunun (buğda, qarğıdalı, günəbaxan və kolza) idxalına qoyulan qadağanı aradan qaldırıb.
Fins.az xəbər verir ki, bu barədə Bolqarıstanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bolqarıstanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi hökumətlə etirazçı fermerlərin təşəbbüs komitəsi arasında bağlanmış Memorandum çərçivəsində noyabrın 30-dək bu kənd təsərrüfatı məhsullarının idxalını mümkün qədər məhdudlaşdırmaq vədini yerinə yetirdi", - şöbə müdiri K. Vatev bildirib.
O, həmçinin əlavə edib ki, ötən həftə Ukraynanın Aqrar Siyasət və Ərzaq naziri Nikolay Solski ilə onlayn görüş zamanı qeyd olunan məhsulların Ukraynadan ixracı üçün lisenziya rejiminin tətbiqinin təfərrüatları razılaşdırılıb.
"Qadağanın müddəti başa çatdıqdan sonra hər iki ölkə bazarda təhriflərin olmamasına və Bolqarıstan istehsalçılarının, emalçılarının və istehlakçılarının maraqlarının pozulmamasına ciddi nəzarət edəcək", - K. Vatev vurğulayıb.
Günel Məlikzadə
Fins.az