IKT

30 Noyabr

​Ukraynada işğal olunmuş ərazilərdə payızlıq buğdanın əkin sahələri 10 faiz azalıb

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində kənd təsərrüfatı fəaliyyətinin miqyası və kənd təsərrüfatı istehsal potensialı azalmaqda davam edir. Bunu, xüsusən, Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin dəstəyi ilə NASA Harvest (Qlobal ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı üzrə NASA konsorsiumu) tərəfindən həyata keçirilən qeyd olunan rayonlarda payızlıq buğda istehsalının hesablamaları sübut edir. 

Fins.az xəbər verir ki, bu barədə Aqrar Siyasət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mütəxəssislər tərəfindən müəyyən edildiyi kimi, MR 2023/2024-cü illərdə Ukraynanın işğal olunmuş ərazilərində payızlıq buğda səpilən ərazilər təxminən 10% azalaraq 1,64 milyon hektara düşüb.

O da qeyd olunur ki, ötən mövsüm Ukraynada payızlıq buğda zəmilərinin ümumi sahəsi 7,2 milyon hektar təşkil edib ki, bunun da 1,8 milyon hektarı müvəqqəti işğal olunmuş ərazilərdə (2022-ci ilin avqustuna olan vəziyyətə görə işğal sərhədləri) yerləşir. İşğal olunmuş ərazilərdə payızlıq buğdanın məhsuldarlığı azad ərazilərlə müqayisədə 16 faiz aşağı olub. Bundan başqa, payızlıq buğdanın 8 faizi biçilməmişdir.

Günel Məlikzadə
Fins.az