IKT

19 Noyabr

Rusiyadan Afrikaya pulsuz taxıl daşınması

Rusiyanın Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev paytaxt Moskvada jurnalistlərə Rusiyanın bir müddət əvvəl elan etdiyi Afrikanın bəzi ölkələrinə pulsuz taxıl daşınması barədə məlumat verib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, söz mövzusu daşımaların başladığına diqqət çəkən Patruşev, "Hər biri 25 min tonluq ilk iki gəmi Somali və Burkina Faso istiqamətində Rusiya limanlarından ayrıldı. Noyabrın sonunda onların təyinat yerinə çatmasını gözləyirik və dekabrın əvvəli" dedi.

Patruşev qeyd edib ki, ilin sonuna kimi Mali, Mərkəzi Afrika Respublikası və Eritreyaya daşımalara başlanılacaq.

Rusiya prezidenti Vladimir Putin iyulun 27-də verdiyi açıqlamada Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya 25-50 min ton taxıl göndərəcəklərini bildirib.

Günel Məlikzadə
Fins.az