Qərbi Avstraliyanın qış taxıl yığımı oktyabr proqnozundan 445 min ton azalaraq 14,51 milyon ton olacaq və Qərbi Avstraliyada yığılan rekord 26,06 milyon ton məhsuldan 44% aşağı olacaq.
Fins.az Qərbi Avstraliyanın Taxıl Sənayesi Assosiasiyası (GIWA) noyabr hesabatına istinadən xəbər verir ki, Qərbi Avstraliyanın əksər bölgələrində yağıntıların olmaması səbəbindən yenilənmiş proqnoz bu ilin iyul ayında açıqlanan ilkin proqnozdan (18,14 milyon ton) xeyli aşağıdır.
Xüsusilə Qərbi Avstraliyada buğda məhsuldarlığının 275 min ton azalaraq 7,85 milyon tona, arpa məhsuldarlığının 190 min tona enərək 3,65 milyon tona, yulaf məhsuldarlığının isə 30 min ton azalaraq 355 min tona düşdüyü bildirilib. Eyni zamanda, bölgədə kolza istehsalının təxmini hesablamaları 50 min ton artaraq 2,27 milyon tona çatıb.
Günel Məlikzadə
Fins.az