IKT

15 Noyabr

Türkiyə kənd təsərrüfatında istehsalçı inflyasiyası aylıq olaraq azalıb

Kənd təsərrüfatı məhsulları istehsalçı qiymətləri indeksi (Kənd təsərrüfatı-ÜFE) oktyabr ayında aylıq bazda 1,13% azalarkən, illik bazda  62,56% artdı.

İndeksdə bir əvvəlki ilin dekabr ayına görə 44,93%, on iki aylıq ortalamalara görə isə 85,35% artım oldu.

Əvvəlki ayla müqayisədə kənd təsərrüfatı və ovçuluq məhsulları və bununla bağlı xidmətlər üzrə 1,31% azalma, meşə təsərrüfatı məhsulları və əlaqədar xidmətlərdə 1,56%, balıq və digər balıqçılıq məhsullarında 3,64% artım qeydə alınıb.

Əsas qruplarda əvvəlki ayla müqayisədə illik bitki mənşəli məhsullarda 4,32 faiz, çoxillik bitki mənşəli məhsullarda 1,62 faiz, diri heyvan və heyvan mənşəli məhsullarda isə 3,11 faiz artım müşahidə olunub.

Aylıq Kənd Təsərrüfatı-ÜFE ilə müqayisədə 4 alt qrup daha az, 10 alt qrup isə daha yüksək dəyişikliklər göstərib.

Əvvəlki ayla müqayisədə ən çox azalma müşahidə edilən alt qruplar tərəvəz və bostan məhsulları, 8,04% ilə kök və kök yumruları, 6,66% ilə narıncı və çəyirdəkli meyvələr olub. Əvvəlki ayla müqayisədə ən çox artım müşahidə edilən alt qruplar 65,28% ilə digər ağac və kol meyvələri və qoz-fındıq, 35,65% ilə yağlı meyvələr olub.

Günel Məlikzadə
Fins.az