IKT

14 Noyabr

Taxıl istehsalının dəyərinin 2024-cü ildə 30%-dən çox artacağı gözlənilir - RGU

Rusiya fermerlərinin, ilk növbədə buğdanın istehsal xərclərinin 2024-cü ildə minimum 30% artacağı proqnozlaşdırılır ki, bunun da əsas səbəbi yanacağın qiymətlərinin artmasıdır.

Fins.az “İnterfaks”ın məlumatına istinadən xəbər verir ki, bunu noyabrın 13-də Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski deyib.

“Birjada yanacağın qiymətinin aşağı düşməsi ilə bağlı çox danışılıb. Fiziki səviyyədə qiymətlər heç də azalmayıb - 1 kq üçün 80 rubl civarında olduğu üçün bu gün belədir. Birjada birinin 60 rubla alqı-satqı faktı fermerlər üçün mümkün deyil. Onlar üçün qiymət 80 rublda "ilişib" qaldı. Bu ona gətirib çıxarır ki, biz gələcək məhsul üçün fərqli xərclər müəyyənləşdiririk və hesablamalarımıza görə, bu, ən azı 30% yüksək olacaq”, - deyə A. Zloçevski bildirib.
Onun sözlərinə görə, bu o deməkdir ki, 2024-cü ildə bir çox regionlarda buğda istehsalının minimum dəyəri 2023-cü ildəki 10 000 RUR/t-a qarşı 13'000 RUR/t olacaq.

Günel Məlikzadə
Fins.az