IKT

06 Noyabr

Rusiyanın bərk buğda ixracına qoyduğu qadağa Gürcüstan bazarına təsir etməyəcək - EKSPERT

Rusiya Federasiyasının bərk buğdanın ixracına qadağa tətbiq etməsi Gürcüstanın taxıl bazarına təsir etməyəcək.

Fins.az “Business Georgia”ya istinadən xəbər verir ki, bu barədə Respublika Buğda və Un İstehsalçıları Assosiasiyası məlumat yayıb .

“Qadağa çörəkbişirmə sənayesində istifadə olunan və Gürcüstana idxal olunan yumşaq buğdaya şamil edilmir. Ona görə də bu, Gürcüstan bazarına heç bir şəkildə təsir etməyəcək. Onu da aydınlaşdırmaq istərdik ki, Gürcüstana buğdanın tədarükü və idxalı 2 aydan artıq davam edib və yerli buğdanın çatdırılması un dəyirmanları tərəfindən nasazlıq olmadan həyata keçirilir, ona görə də bununla bağlı ərzaq təhlükəsizliyi tam qorunur”, - deyə assosiasiyadan bildirilib.

Xatırladaq ki, Rusiya hökumətinin müvafiq qərarı qəbul olunarsa, Rusiya bərk buğdasının ixracı 2024-cü il mayın 31-dək qadağan ediləcək.

 

Günel Məlikzadə
Fins.az