IKT

06 Noyabr

Slovakiya və Macarıstana Ukrayna taxıl yüklərinin həcmi əhəmiyyətli dərəcədə azalıb

Oktyabrda Ukrayna-Macarıstan sərhədindən taxıl yüklərinin orta gündəlik daşınmasının həcmi sentyabr ayı ilə müqayisədə 21,5 vaqon azalıb. İndi bu rəqəm sutkada 49,8 ədəd təşkil edir. Slovakiyaya taxıl ötürülməsi 20,4 vaqon azalıb. İndi hər gün 58,3 vaqon sərhəddən keçir.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrda Ukrayna-Polşa qovşaqları istiqamətində taxıl daşıyan avtomobillərin orta gündəlik sayı 10,2 ədəd artıb. Hazırda bu, 116,7 avtomobildir. Bundan əlavə, Ukrayna-Rumıniya sərhədindən keçən taxıl daşıyan vaqonların sayı 6,7 ədəd artıb. Onların hazırda sayı gündə 125,8 avtomobil təşkil edir.

Ukraynanın dəniz limanlarında taxıl vaqonlarının idarə olunması ilə bağlı vəziyyət də yaxşılaşır. Belə ki, həftə ərzində Böyük Odessa limanlarında taxıl olan vaqonların gündəlik boşaldılması sürəti sutkada 600-900 vaqon intervalında dəyişir. Böyük Odessa limanlarında vaqonların boşaldılmasının gündəlik orta sürəti gündə 414 vaqon təşkil edir. Ayın son həftəsində isə bu rəqəm 55 ədəd artıb.

Böyük Odessa limanları istiqamətində taxıl daşıyan vaqonların sayı da 1331 ədəd artaraq 4227 vaqona çatıb. Artım 46% təşkil edir.

Günel Məlikzadə
Fins.az