IKT

30 Oktyabr

Avropa kənd təsərrüfatı maşın sənayesi tənəzzüldədir

Avropada kənd təsərrüfatı maşınqayırma sənayesi üzrə ümumi biznes mühiti indeksi əvvəlki aylardakı kəskin enişlərdən sonra sentyabr ayı ilə müqayisədə az dəyişiklik göstərərək oktyabr ayında mənfi tendensiyasını davam etdirib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Avropa Kənd Təsərrüfatı Maşınları Assosiasiyasının (CEMA) açıqladığı Biznes Barometri Araşdırmasına görə, oktyabr ayında indeks -31 bənddən -32 punkta (-100-dən +100-ə) düşüb.

Türkiyə Kənd Təsərrüfatı Avadanlıqları və Maşınları İstehsalçıları Dərnəyinin (TARMAKBİR) paylaşdığı məlumata görə, CEMA tərəfindən təşkil edilən Biznes Barometri Araşdırması dilerlərin böyük miqdarda ehtiyatlarını ləğv edə bilməyəcəyini və qeyri-kafi tədarükdən rekord həddən artıq təklifə keçdiklərini bir daha təsdiqləyir.

Sorğunun nəticələrinə görə, əksər Avropa bazarlarında rekord stok səviyyələri ilə tarixə düşən diler inventarları 2019-cu ildəki rekord səviyyədən də yüksək olaraq qalıb.

Sorğunun nəticələrinə görə, sorğu iştirakçılarının əksəriyyətinin müsbət dövriyyə gözləntilərinə malik olduğu bir Avropa bazarı yoxdur, Mərkəzi və Şərqi Avropa bazarlarında ən güclü eniş gözlənilir. Fransa bazar reytinqində Almaniyanı qabaqlayır.

Günel Məlikzadə
Fins.az