IKT

11 Sentyabr

Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Goranboyda vətəndaşları qəbul edib

Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov
Goranboyda vətəndaşları qəbul edib
 
Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri
tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun
imzaladığı əmrə əsasən, Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin
müdiri İlham Süleymanov sentyabrın 11-də Goranboy Dövlət Aqrar İnkişaf
Mərkəzinin inzibati binasında Goranboy, Yevlax, Şəki rayonları və Gəncə
şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib,
ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciəti əsasən fermerlərə subsidiyanın verilməsi,
işlə təminat, təsərrüfatın fəaliyyətinə köməklik göstərilməsi və digər
məsələlərlə bağlı olub. Şöbə müdiri İlham Süleymanov hər bir vətəndaşın
müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və
qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün
müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə
həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə
götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq
qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Şöbə müdiri vətəndaşlarla
görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı
imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının
yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini
vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.