IKT

07 Sentyabr

Rusiya və Türkiyə bir milyon ton taxıl ixracı barədə razılıq əldə ediblər

Rusiya və Türkiyə bir milyon ton taxıl ixracı barədə razılıq əldə ediblər.

Fins.az xəbər verir ki, bu barədə Rusiya XİN başçısının müavini Aleksandr Qruşko jurnalistlərə məlumat verib.

O bildirib ki, bununla bağlı bütün prinsipial razılıqlar əldə edilib və sövdələşmənin texniki tərəflərinin hazırlanması üçün tezliklə işgüzar əlaqələr yaradılacaq. Tərəflər logistik, maliyyə və digər məsələləri müzakirə edəcəklər.