IKT

29 Avqust

Tərtərdə payızlıq səpin üçün 4400 hektardan artıq sahədə şum qaldırılıb

Tərtər fermerləri payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını davam etdirirlər.

Fins.az xəbər verir ki, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, indiyədək rayonun təsərrüfatlarında 4400 hektardan çox sahədə şum qaldırılıb. Rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir. Belə ki, taxıl biçilmiş sahələrin 700 hektardan çoxunda qarğıdalı, lobya, şəkər çuğunduru, sorqo, darı və müxtəlif növ tərəvəz bitkiləri əkilib.