IKT

24 Avqust

Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb

Taxıl zəmilərindən bol məhsul götürən Beyləqan fermerləri payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını davam etdirirlər.

Fins.az xəbər verir ki, Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Kamil Əhədov bildirib ki, gələcək yüksək məhsuldarlıqda yay şumunun əhəmiyyətini xüsusi qiymətləndirən fermerlər və torpaq mülkiyyətçiləri bu işin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər. Bu günədək rayonunun təsərrüfatlarında 8750 hektar sahədə şum qaldırılıb.

Qeyd edək ki, Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri bu il zəmilərdən 70 min 753 ton məhsul əldə ediblər. 15 min 843 hektar buğda sahəsindən 63 min 922 ton, 2189 hektar arpa sahəsindən 6831 ton məhsul toplanıb. Hər hektarın məhsuldarlığı orta hesabla 39,2 sentner, o cümlədən buğda sahələrində 40,3 sentner, arpa sahələrində isə 31,2 sentnerdir.