IKT

22 Avqust

Salyanın meyvə bağlarından 600 tona yaxın məhsul yığılıb

Salyanın meyvə bağlarında bu il bol məhsul yetişib. Bağbanlar dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan yararlanaraq ötən ilə nisbətən daha çox məhsul tədarük ediblər.

Fins.az xəbər verir ki, Salyan Rayon Statistika İdarəsindən verilən məlumata görə, Salyan rayonunda bu günədək 855,6 hektar meyvə və giləmeyvə bağlarından 594,2 ton məhsul istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 ton çox olub. Yığılan məhsulun 72,9 tonunu alma, 43,7 tonunu armud, 20,8 tonunu ərik, 42,7 tonunu albalı, 50,3 tonunu şaftalı, 43,8 tonunu gavalı, 112,2 tonunu alça, 18,9 tonunu gilas təşkil edib.

Həmçinin məhsul istehsalçıları 188,9 ton giləmeyvə toplayıblar