IKT

22 Avqust

Bərdəli fermerlər 1729 hektar sahədə təkrar əkin aparıblar

Bərdə rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir, yüksək məhsuldarlıq əldə etmək üçün torpağa lazımi aqrotexniki qulluq göstərilir.

Fins.az xəbər v erir ki, Rayon statistika idarəsindən bildiriblər ki, avqustun 1-dək biçilmiş taxıl sahələrinin 12 min 800 hektarında yay şumu qaldırılıb, 1729 hektar sahədə təkrar əkin aparılıb. Təkrar əkinlərin 458 hektarı qarğıdalı, 187 hektarı darı, 134 hektarı aş lobyası, 10 hektarı günəbaxan, 741 hektarı tərəvəz, 31 hektarı pambıq, 81 hektarı sorqo, 2 hektarı qarpız, 85 hektarı kartof bitkisidir.

Hazırda rayonda təkrar əkinlər davam edir.