IKT

21 Avqust

Oğuzda ümumi əkin sahələri 412 hektar artıb

Oğuz rayonunda 2023-cü ilin məhsulu üçün 18 min 727 hektar sahədə ümumi əkin aparılıb. Bu, əvvəlki illə müqayisədə 412 hektar və ya 2,2 faiz çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Oğuz Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin məhsulu üçün əkin aparılmış sahələrin 18 min 225 hektarı ailə kəndli və ev təsərrüfatlarının, 5 hektarı dövlət kənd təsərrüfatı müəssisələrinin, 497 hektarı isə qeyri-dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarının payına düşür. Əkin sahələrinin 111 hektarı bağların cərgələri arasındadır.