IKT

21 Avqust

Yanvar-iyul aylarında 578 min ton buğda idxal edilib

Yanvar-iyul aylarında 578 min ton buğda idxal edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən buğdanın dəyəri 164,7 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 154,6 milyon dollar olmaqla 429,8 min ton buğda idxal edilib.

Hesabat dövründə düyü idxalı artıb. Belə ki, yanvar-iyul aylarında dəyəri 34,9 milyon dollar olan 38,9 min ton düyü idxal edilib. Ötən ilin eyni dövründə 36,8 min ton düyü idxalı həyata keçirilib. İdxal edilən düyünün dəyəri 31,2 milyon dollar olub.

Qarğıdalı idxalında da artım baş verib. Bu müddətdə 18,7 milyon dollarlıq 63 min ton qarğıdalı idxal olunub. Ötən ilin eyni dövründə isə məbləği 14,6 milyon dollar olan 39,6 min ton qarğıdalı idxal edilib.