IKT

17 Avqust

Vətəgə əhəmiyyətli balıqların artırılmasına sərf olunan vəsait 6,5 % artıb

Bu ilin birinci yarısında vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 449,4 min manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çox vəsait sərf olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, bu vəsaitin 70,4 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 29,6 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 3520,1 min ədəd balıq körpələrinin 2923,7 min ədədi çəkikimilər, 590,6 min ədədi nərəkimilər, 5,8 min ədədi qızıl balıqlar olub.