IKT

17 Avqust

Qəbələdə 19,5 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır

Bu ilin payızında Qəbələ rayonunda gələn ilin məhsulu üçün 19 min 500 hektaradək sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda payızlıq dənlilərin səpini üçün yay şumunun çıxarılması davam edir. İndiyədək təsərrüfatlarda 2 min 820 hektar sahədə yay şumu qaldırılıb.

Fins.az xəbər verir ki, bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, builki mövsümdə rayonda 15 min 465 hektar sahənin məhsulu biçilib, 44 min 430 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 28,7 sentner olub. İstehsal olunan taxılın 32 min 712 tonu buğda, 11 min 718 tonu arpadır.

Qurumdan verilən məlumata görə, taxıl biçini başa çatdıqdan sonra rayonun təsərrüfatlarında 350 hektar sahədə silos üçün təkrar qarğıdalı da əkilib. Təkrar əkinlər əsasən Vəndam və Nic qəsəbələrinin, həmçinin Tüntül kəndinin ərazilərində aparılıb.