IKT

15 Avqust

Kənd təsərrüfatı məhsullarının yığımı davam edir

Bu ilin avqust ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 2901,5 min ton kənd təsərrüfatı məhsulları yığılıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, keçən ilin müvafiq dövrünə nisbətən 1,7 faiz çox dənli və dənli paxlalı bitkilər, 664,9 min ton (1,8 faiz az) kartof, 1242,8 min ton (4 faiz çox) tərəvəz, 388,8 min ton (keçən illə eyni səviyyədə) bostan məhsulları, 314,9 min ton (1,9 faiz çox) meyvə və giləmeyvə, 8,1 min ton (5 faiz çox) üzüm, 2,9 min ton (0,5 faiz çox) günəbaxan, 9 min ton (53,6 faiz çox) şəkər çuğunduru, 1,8 min ton (0,7 faiz çox) tütün, 717,2 ton (15,4 faiz çox) yaşıl çay yarpağı yığılıb.