IKT

11 Avqust

Neftçalada ticarət dövriyyəsi və xidmətlərin həcmi 14,9 % artıb

Neftçala rayonunda bu ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 161 milyon 734,0 min manat olmaqla 2022-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 14,9 % artıb.

Neftçala rayon Statistika İdarəsindən Fins.az məlumat verir ki, hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılıb və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-iyun aylarının səviyyəsini müqayisəli qiymətlərlə 15,4 % üstələyərək 158 milyon 873,4 min manata bərabər olub, onun 87,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 141 milyon 012,6 min manatlıq məhsul satılıb ki, onun da 79 milyon 008,3 min manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 62 milyon 004,3 min manatını qeyri-ərzaq malları təşkil edib.

2022-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,0 %, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 0,4 % artıb, o cümlədən qeyri-ərzaq malları üzrə artım 1,8 % olub.